Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)

img

31-03-2026 [10:04]


“Crocus Group” şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb.

“Qafqazinfo” “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. 

Bildirilib ki, Alyona artıq sosial şəbəkələrdə və sənədlərdə soyadını Ağalarova olaraq dəyişib. Aralarında 43 il yaş fərqi olan cütlüyün artıq övladının dünyaya gəldiyi də qeyd olunub.

Xatırladaq ki, Araz Ağalarov və İrina 40 ildən artıq evli olub. Onların bu nikahdan Emin və Şeyla adlı övladları var.

Fotoda: Emin, İrina və Araz Ağalarovlar


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 30.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA