Hərbi Hava Qüvvələrinin helikopter bölmələri təlimdə - VİDEO

img

09-04-2024 [11:08]


Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib, hava kəşfiyyatı aparılıb.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər. Uçuş heyətinin döyüş hazırlığı və praktiki vərdişlərinin daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA