Rusiyada Ural çayında bənd partlayıb: yüzlərlə ev su altında qalıb, ölənlər var (FOTOLAR)

img

06-04-2024 [17:53]


Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində Ural çayının bəndi yarılıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, çayda suyun kəskin artması nəticəsində bənd dağılıb və bölgə sürətlə su altında qalmağa başlayıb.

Orenburq vilayətinin mətbuat xidmətinin məlumata görə, dünən axşam saatlarında baş verən hadisə səbəbiylə 4 min 258 ev su altında qalıb, 11 mindən çox insan evindən köçürülüb: "Hazırda da bölgədə təxliyə işləri davam edir. Bəzi yaşayış massivlərindəsuyun səviyyəsi 4 metrə qədər yüksəlib. 31 istiqamətdə 47 körpü və 106 yol nəqliyyata bağlanıb. 12 yaşayış məntəqəsində elektrik enerjisi tamamilə kəsilib. İlkin məumata görə, seldə 3 nəfər boğularaq ölüb"

Lamiyə Əhmədli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA