Ali Məhkəməyə yeni təyin edilən hakimlər kollektivə təqdim olunub - FOTOLAR

img

06-04-2024 [15:09]


Ali Məhkəməyə yeni təyin edilən hakimlər kollektivə təqdim olunub.

Mia.az xəbər verir ki, Aida Hüseyn və Teyyub Muxtarovu kollektivə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov təqdim edib.

Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA