"QULİ və ADAMLARI OTAQDA MƏNƏ HÜCUM ÇƏKDİ..." - Lotu Qulinin öldürən "Xan" məhkəmədə elə iddialar irəli sürdü ki...
06-04-2024 [12:21]
Xəbər verdiyimiz kimi, "Lotu Quli"ni öldürən Xaqan Zeynalova ömürlük həbs cəzası verilib.
"32gun.az"ın məlumatına görə, Bakırköy Respublika Prokurorluğu Mütəşəkkil Cinayətlər İstintaq Bürosunda baş tutan məhkəmə işində Xaqan Zeynalov ifadə verib.
Təqsirləndirilən şəxs Xəqan Zeynalov Nadir Səlifovu öldürmədiyini iddia edib.
Həmçinin, o, “Lotu Quli” ləqəbli Nadir Səlifovla Kiyevdə tanış olduğunu və onun "qanuni oğru" olduğunu bilmədiyini qeyd edib.
"Qulinin cinayətləri haqqında eşitdim, amma cinayətlərində iştirak etmədim. Onunla yalnız dost idim", - X. Zeynalov deyib.
Nadir Səlifovun 2018-ci ildə Moskvadan Qətərin paytaxtı Dohaya zəng etdiyini deyən Xaqan Zeynalov Dohadan sonra eyni tarixdə ayrı-ayrı təyyarələrlə Türkiyəyə gəldiklərini və Bodrumda görüşdüklərini bildirib. İstirahətdən sonra Moskvaya qayıtdığını deyən X.Zeynalov sonrakı görüşlərində Nadir Səlifovun ondan Moskvada bir iş adamını oğurlamağı xahiş etdiyini, lakin bunu qəbul etmədiyini bildirib.
Hadisə baş verən gün otağından əşyalarını yığıb restorana düşdüyünü izah edən Zeynalov deyib: "Nadir burada kiminləsə danışırdı. Mən onların yanına getdim. O, məndən Moskvada iş adamını qaçırmağımı istədi. O, hadisə baş verən gün məndən soruşdu. Rədd etdim, məni təhqir etdi. Mən onu təhqir edəndə isə adamları üstümə hücum çəkdi. Onlar mənə yumruq vurdular, mən onlara yumruq vuranda silahlarını çıxarıb atəş açdılar. Sonra tapançamı çıxarıb atəş açdım. Amma mənim atəş açdığım tərəfdə Nadir Səlifov yox idi. Məni kürəyimdən vurdular".
Çöldə gözləyən Əmir Həmidlinin maşınına mindiyini deyən Zeynalov “Əmir məndən soruşdu ki, nə olub? Quli məni vurdu, öldürəcəklər, dərhal sür" dedim.
Biz yolda olarkən Əmir xəstəxanaya getməyi təklif etdi, amma mən razı olmadım. Antalyadan çıxdıq, Əmir maşını saxladı. Daha sonra Dənizliyə gəldik. Polis qrupları bizi saxladı və yaralı olduğumu görüb təcili yardım çağırdılar. Bizi Dənizlidən Antalyaya gətirdilər. Qulinin orada polisdən öldüyünü öyrəndim.
"Loti Quli"ni onun qardaşı Müşfiq Səlifov öldürtdürüb. O, buna görə "Quli"nin düşmənləri ilə 10 milyon dollarlıq razılaşma əldə edib.
Nadir Səlifovun qətlinə görə 4 milyon dollar aldığı iddiasına qarşı çıxan Xaqan Zeynalov "1 günlük azadlığı 100 milyon dollara dəyişməzdim, ailəm varlıdır. Heç vaxt pul problemim olmayıb. Mən bu hadisədə günahsızam və məhkəmədən bəraət tələb edirəm”, - deyə iddia edib..
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR