Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında yeni sənədlər imzalanıb
01-04-2024 [15:53]
Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda iştirak etmək üçün Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə S.İ.Burdujanın təkbətək görüşündə ötən dövrdə ikitərəfli əməkdaşlığın inkişafı sahəsində görülmüş işlərə və Komissiyanın 8-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda S.Babayev Azərbaycan və Rumıniyanın diplomatik münasibətlərinin qurulmasından ötən dövr ərzində iki ölkənin əlaqələrinin daim genişlənməkdə olduğunu bildirib.
2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının, ümumən ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin ölkələrimiz arasında əlaqələrin inkişafına imkan yaratdığı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.
Azərbaycan və Rumıniyanın iqtisadi əlaqələrində inkişaf dinamikasının davamı olaraq, iki ölkə arasında ticarət dövriyyəsinin yüksələn xətlə davam etdiyi və ötən il də 29,3 faiz artdığı qeyd edilib.
S.İ.Burduja ölkəsinin Azərbaycanla dost münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrinin daim genişlənməsinə xüsusi önəm verdiklərini, hazırki iclasın da bu istiqamətdə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
İclasda enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, inşaat və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.
Sonra S.Babayev və S.İ.Burduja Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının Protokolunu imzalayıblar.
Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin Sədri-Dövlət katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.
Media nümayəndələri üçün keçirdikləri brifinqdə S.Babayev və S.İ.Burduja iclasın yekunları barədə məlumat veriblər. Onlar ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün davamlı işlər aparıldığını, imzalanan yeni sənədlərin də bu sahədə növbəti irəliləyişlərə imkan yaradacağına əminlik ifadə ediblər.
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib