Prezident İlham Əliyev Rumıniyanın energetika nazirini qəbul edib - FOTOLAR (Yenilənib)
01-04-2024 [11:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.
Mia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu məmnunluqla vurğulanaraq bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyi bildirilib.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin fəal inkişaf mərhələsində olduğunu qeyd edərək, dövlət başçıları, eləcə də digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətini vurğuladı.
Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının münasibətlərimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəminə toxunaraq bu iclasın gündəliyində enerji ilə yanaşı, digər sahələrə aid məsələlərin də olduğunu məmnunluqla qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanda enerji sektorunda, xüsusilə indiki dövrdə yaşıl enerji sahəsində böyük layihələrin reallaşdırıldığını deyərək, ötən ay Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının önəmini vurğuladı.
Sebastiyan İoan Burduja İlham Əliyevə prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən işlərin, Bakının gözəlliyinin və inkişafının onlarda dərin təəssürat doğurduğunu dedi.
Azərbaycan Prezidenti təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı energetika sahəsində artıq xeyli irəliləyişin olduğu vurğulanaraq Azərbaycandan təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd olundu ki, LNG, yaşıl enerji və qaz təchizatı layihələri üzrə müzakirələr davam edir və Azərbaycan şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndiyinə toxunuldu, ötən il ticarət dövriyyəsinin daha əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dollarına çatdığı qeyd olundu, investisiya sahəsində də əməkdaşlığın möhkəmləndiyi bildirildi. SOCAR-ın Rumıniyada çox aktiv fəaliyyətinə toxunularaq onun bu ölkənin yanacaq bazarında kifayət qədər əhəmiyyətli yer tutduğu diqqətə çatdırıldı.
Söhbət zamanı kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində də əməkdaşlığın genişlənməsi məmnunluqla vurğulandı.
İSRAİL MEDİASINDAN ŞOK ÇAĞIRIŞ: "Şimali Kipri tutumalıyıq" - Türkiyənin nüvə gücünə bənzər raketi qorxu yaradıb
Sabahın hava proqnozu açıqlanıb
Cəlilabadda əməliyyat: axtarışda olan şəxs tutulub
İsti hava ilə bağlı - Xəbərdarlıq
İXTİSAS SEÇİMİNİN TARİXİ BƏLLİ OLDU - DİM açıqladı
Xocalıda yanğın başlayıb
"Neft gəlirləri Dövlət Neft Fondunun büdcə xərclərini tam qarşılamayıb" - Rəsmi açıqlama
Kaliforniyada F-35 döyüş təyyarəsi qəzaya uğrayıb
Enerji içkisi qutuları səhvən spirtlə doldurulub
Sahil Babayev bu nazirliyin jurnalını da bağladı - Növbə kimindir?
2500 illik qədim piramida xarabalığa çevrilib
Kolleclərə ixtisas seçimi başlayıb - DİM-dən açıqlama
Çempionlar Liqası: hansı komandalar mərhələ adladı?
Azərbaycan nefti daha 2 dollar bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kəlbəcər rayonunda zəlzələ olub
RƏSMİ MOSKVADAN BAKI, YEREVAN VƏ VAŞİNQTONA MESAJ: “Heç bir təhdid..." - “NATO Cənubi Qafqazda güclənməyə çalışır”
FED 32 il sonra tarixi qərara imza atdı
Xəyalə Rəis Baş redaktor vəzifəsindən getdi
Çempionlar Liqası: “Qarabağ” mərhələ adlayıb
ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanıda - FOTO
İmişli rayon təhsil sektoruna yeni müdir təyin olunub
Qəzzada 7 nəfər aclıqdan ölüb - Son 24 saatda
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp Hindistanı "qaraladı": "25 faizlik gömrük rüsumu ödəyəcəklər"
"Kontakhome"da dərəbəylik: 630 manata alınan telefon sənəddə necə 1052 manata qaldırılıb?
Qurban Qurbanov Mia.az-ın sualına cavab verir: "Mən o atmacaya cavab vermək istəmirəm" - VİDEO
Vilayət Eyvazov 454 nəfəri qəbul etdi, 297 nəfəri isə... - Nazir yeni tapşırıqlar verdi (VİDEO, FOTOLAR)
Daha bir Dövlət Agentliyində korrupsiya faktları üzə çıxdı - Rəsmi yoxlamanın nəticələri...
İSTİLİK XİDMƏTİ BAHALAŞDI - Tarif Şurası qərar verdi
Bloger Qabil Məmmədova qiyabi hökm oxunub - 24 maddə üzrə
DÖVLƏT AGENTLİYİNDƏ YOXLAMA: milyonlarla manat hara xərclənib?
"O, çox bacarıqlı idi..." - Emin Ağalarovun anası + VİDEO
Azərbaycan diasporunun rəhbəri axtarışa verildi
"Artıq bir neçə abituriyentdən izahat alınıb, onlar istintaqa cəlb ediliblər" - İmtahanlarda fırıldaqçılıq işi böyüyür
Müğənni Dəniz Əsədova həbsdə qaldı - Hakim şikayətə "yox" dedi
Elçin Məsiyev UEFA-dan təyinat alıb
Qvatemalada zəlzələ... - Ölən var
Prezident Komitəyə 10,5 milyon manat ayırıb - Sərəncam