"Xəbər bizi dərindən sarsıtdı..." - İlham Əliyev Putinə başsağlığı verib

img

23-03-2024 [00:07]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm”.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA