Daha bir xidmət rəisi vəzifədən azad edildi, yeni təyinat oldu - Sabiq rəis haqqında şok iddialar var (Yenilənib)
01-03-2024 [11:30]
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Mia.az xəbər verir ki, imzalanmış müvafiq sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Bəxtiyar İsmayılov bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.(APA)
***
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən uzaqlaşdırılıb.
Ovqat.com-un məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədr əvəzi Anar İbrahimov sərəncam imzalayıb.
Bəxtiyar İsmayılov Naxçıvan MR Ali Məclis sədrinin vəzifələrini icra edən Anar İbrahimovun yaxın adamı kimi tanınırdı. Görünür, Anar müəllim bu sərəncama könül xoşluğu ilə deyil, yuxarı dairələrin israrı ilə imza atıb.
Bəs, vəzifəsindən uzaqlaşdırılan Bəxtiyar İsmayılov kimdir?
Mənbəmizin bildirdiyinə görə, o, 15 il Statiska Komitəsinin rəisi olub, 2018-ci ildən isə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri postuna gətirilmişdi. Bu qurumda fəaliyyətinin Bəxtiyar müəllimə qazandırdığı sərvətlər media orqanlarında onun “ərəb şeyxləri” ilə müqayisəsinə yol açmışdır. İddialara görə, o, təkcə Naxçıvanda deyil, Bakıda da özünə böyük binzes şəbəkəsi yaradıb. Eyni zamanda paytaxtda çox sayda obyekt aldığı da bildirilir.
Mənbə deyir ki, Bəxtiyar İsmayılov yığılan vəsaitlərdən hər ay 50 min manat özünə götürür, qalan vəsaiti Muxtar Respublika rəhbərliyinə verirmiş.
Məlumata görə, topladığı sərvət hesabına Bəxtiyar İsmayılov “ərəb şeyxləri” kimi həyat sürür. O, təkcə Naxçıvanda deyil, Bakıda da özünə böyük binzes şəbəkəsi yaradıb. Eynilə, paytaxtda da çox sayda obyekt aldığı bildirilir. Məsələn, Xətai metrosu yaxınlığında 300 min manatlıq evi, bahalı villası var...(Ovqat.com).
***
Seymur Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.
Mia.az xəbər verir ki, S.Cəfərov bu təyinatadək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyində çalışıb. O, bu gün Naxçıvan Biznes Mərkəzində keçirilən tədbir çərçivəsində kollektivə və dövlət orqanlarının rəhbərlərinə təqdim olunub.
Qeyd edək ki, Dövlət Xidmətinin əvvəlki rəisi Bəxtiyar İsmayılov fevralın 29-da işdən çıxarılıb.
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb
Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub (FOTO)
ZIYANLI VƏRDIŞLƏR (III yazı)
Bu gün Füzuliyə daha 39 ailə köçürülüb
Ərdoğan Fatih Ərbakanı niyə çay içməyə dəvət etmədi? - İki partiya arasında "çat"lar dərinləşir (Açıqlama)
Ərdoğanla CHP lideri nələri müzakirə edəcək? - "Əsas məsələ sosial-iqtisadi problem olacaq"
Abşeronda daha bir qətl: ər 48 yaşlı arvadını öldürüb
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)