BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
28-04-2024 [23:26]
Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Mia.az xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.
Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.
Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.
Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.
Pakistanın baş naziri partiya sədri vəzifəsindən istefa verib - Qardaşı yerinə gəlir
İraqın şimalidan qaçan iki terrorçu Türkiyəyə təslim olub - Açıqlama
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu barədə sensasiyalı iddia yayıldı - "Tək qızımıza..." - FOTOLAR
Misir XİN başçısı Blinkenlə görüşdə: "İsrail artıq regional təhlükəsizliyi təhdid edir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb
Prezident daha üç rəsmi qonağı qəbul edib - FOTO (Yenilənib)
Qarabağ zonasında daha 880.3 hektar ərazi minalardan təmizlənib
Sabiq deputat barədə həbs-qətimkan tədbiri dəyişdirilməyib - "Yaşımı və ailə vəziyyətimi nəzərə alın..."
Ermənistan XİN başçısı: "Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında maraqlıyıq" - "Bu, Cənubi Qafqazda daimi sülhə imkan yaradacaq"
"Avroviziya 2025" hansı şəhərdə keçiriləcək?
"Yaxşı maaş versəydilər, 4-5 yerdə işləməzdim" - Həmidə Ömərova
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Deputat ona qarşı "oyun"dan danışdı: "Hazırda hakimiyyətdə olan bəzi şəxslər..." - VİDEO
Xocalı şəhərinə 50 ailə köçürüləcək
İrandan Azərbaycana 61 kiloqram narkotik keçirən şəxslər saxlanıldı
Yunanıstanın baş naziri Ankaraya gəlib - FOTO (Yenilənib)
Türkiyədə oynamış futbolçu Rumıniyada böyük skandala yol açıb - Öz yerinə qardaşını meydana çıxarırmış...
Dövlət qulluğuna imtahanın nəticələri elan olunub
Mərkəzi Bankda daha bir təyinat olub
Dünyaca məşhur muzeyin direktor İstanbulda saxlanılıb - 1500 zəhərli heyvana görə (FOTOLAR)
İsgəndər Cavadov yeni vəzifəyə hazırlaşır
Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qaldı
Xidmət rəisi vəzifədən çıxarılıb - Gömrükdə daha bir dəyişiklik
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - FOTOLAR
Bakının Nizami rayonunda yaşıl soyqırımı davam edir
Prezident daha bir qanuna dəyişikliyi təsdiqlədi
PREZİDENT BU MƏHKƏMƏLƏRƏ YENİ HAKİMLƏR TƏYİN ETDİ - Tam siyahı
Putinin Şoyqunu MN-dən uzaqlaşdırmasının iki səbəbi -TƏHLİL
Sabah yağış yağacaq
Ailəsini öldürən Əhməd Əhmədovla bağlı ekspertiza rəyi... - Baş Prokurorluq açıqladı
Ali Məhkəmə sədrliyinə 36-cı dəfə sədr seçilməyib
BDU rektoru kisənin ağzını açıb: 210 minlik dəbdəbə kimə lazımdır? - Xaricdə müğənni axtarılır
Sayt və qəzetlər üçün yeni müsabiqə elan olunub - Şərtlər
Əməkdar artisti vəfat edib
Xalq artisti: "Milli Məclisdə olmaq istəmirəm, çünki..."
"Receb İvedik" partiya sədrinə qəzəbləndi: "Ölkəmizə dolan bu 10 milyon ərəb necə olacaq?"