Prezident daha bir qanuna dəyişikliyi təsdiqlədi

img

13-05-2024 [13:27]


Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”ni təsdiqləyib.

Mia.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görülməsi tapşırılıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə reyestrin “Hökumət buludu”nda yerləşdirilməsi və aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə isə reyestri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməsi və təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirilməsi, həmçinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə reyestrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər tədbirlər görülməsi tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA