ZIYANLI VƏRDIŞLƏR (III yazı)
29-04-2024 [09:23]
Qalib ARİF
***
Yazının əvvəlini buradan oxuya bilərsiniz:
https://www.mia.az/w1064898/ziyanli-verdisler-alkoqol-ve-nikotin-2024-04-22-124607
***
Seksual asılılıq, Adrinalin və Bazarlıq
Keçən yazılarmızda fizioloji yolla, yəni bilavasitə orqanizmə daxil olmaqla insanda asılılıq yaradan ziyanlı vərdişlərdən - narkotikdən, nikotindən və alkoqoldan danışmışdıq. Bunlar mütəmadi olaraq qabardılan, mətbuata çıxarılan problemlərdir və onların mahiyyəti, əlamətləri və müalicə vasitələri məlumdur. Amma ziyanlı vərdişlərin elə formaları var ki (məsələn, seksual asılıq, bazarlıq, adrinalin asılılığı və s.), onların nəinki mahiyyəti, hətta mövcudiyyəti barədə məlumatlar yox qədərdir. Sadəcə olaraq, asılılığın bu formaları sırf psixoloji amillərlə əlaqədar olduğundan, öyrənilməsi çətindir və zaman tələb edir. Hazırkı qeydlərin də məqsədi bu ziyanlı vərdişlərin məlum əlamətlərindən söz açmaq (mahiyyətinə varmaqla), onların insan həyatı üçün nə qədər təhlükəli olduğunu diqqətə çatdırmaq və qurtuluş yollarını araşdırmaqdır.
1.Seksual asılılıq
Bəli, faktiki olaraq, bütün canlılar seksual istifadəçilərdir. Təbii ki, seksual aludəçilər də var və bu, hər iki cinsə xas olan mürəkkəb psixoloji-fizioloji xəstəlikdir. Belə xəstələr arasında məşhurlar, hətta dahilər də var. Məsələn, dahilərdən Karl Marks, Viktor Hüqo, Çarli Çaplin, məşhur qadınlardan Kleopatra, Yekatrina və s. Təsəvvür edin ki, ancaq Viktor Hüqonun hesabında 5 mindən çox qadın var. Şübhəsiz ki, belələri bizim dövrümüzdə, bizim ölkəmizdə, şəhərimizdə, hətta tanıdığıiız adamların içində də var. Amma bu barədə geniş danışmaq, adları açıqlamaq niyyətində deyilik, çünki istər-istəməz, mövcud etik normalardan aşağı düşməliyik və bunu mümkün hesab etmirik.
2.Adrinalin asılılığı
Bu, mahiyyətcə ekstremizmin bir növüdür, amma burda ekstremistin fəaliyyəti cəmiyyətə yox, onun özünə ünvanlanıb. Odur ki, onlara ekstremist yox, ekstremal demək daha düzgün hesab edilir. Hələ yüz min illər bundan əvvəl, insanların mağaralarda yaşadığı, daşla, dəyənəklə silahlandığı daş dövründə məlum idi ki, bəzi insanlarda yalın əllə yırtıcı heyvanların üstünə getmək, ekstremal vəziyyətlərə düşmək, risk etmək, bir sözlə, ölümlə çiling-ağac oynamaq həyati bir tələbata çevrilir. Bu insanları ovlanmış heyvanın əti, ya dərisi maraqlandırmırdı, maraqlı olan ovun özü, prosesin gedişi idi, sona çatandà maraq itirdi.
Sonralar tunc dövründə qladiatoru döyüşə aparan da bu hiss, bu vərdiş idi, o, qalib olmaq, heç sağ qalmaq üçün də vuruşmurdu, çünki yaxşı bilirdi ki, bu döyüşdə sağ qalsa da, gələn döyüşdə mütləq öləcək. Qladiatoru döyüşə səsləyən şeypurların səsi, poladın cingiltisi, dəhşətə gələn kütlənin nəriltisi idi, o, faktiki olaraq, bunlarsız yaşaya bilmirdi. Bu insanlarda dəhşətli bir asılılıq yaranır, onlar ekstrim olmayanda darıxırlar, özlərinə yer tapmırlar, qartalın qanad saldığı hündür zirvəyə dırmaşır, ya da sıldırım qayadan coşqun sellərə tullanırlar. Yox, bunlar qəhrəman deyillər, doğrudur, qəhrəmanlıq da ölüm qorxusuna qalib gəlməkdir, amma adrinalin çıxarmaq, ekstrim yaşamaq üçün deyil, umumi maraq, ideya naminə həyatla risk etmək, lazım gəlsə ölümə getməkdir. Spartak da qladiator olanda qəhrəman deyildi, baxmayaraq ki, cəsur döyüşçü idi, ölümün gözünə dik baxırdı və hər döyüşdən qalib çıxırdı. O, yalnız qulların azadlıq uğrunda mübarizəsinə qoşulduqdan və onun başında durduqdan sonar qəhrəmana çevrildi.
Vladimir Vısotskinin gözəl bir mahnısı var, dağlar, alpinistlər haqqındadır. Mahnıda deyilir ki, dağlara dırmaşmaq, əlçatmaz, ünyetməz sıldırım qayalara qalxmaq insanda qəribə bir asılılıq yaradır, sən zirvəyə, daim zirvəyə can atırsan, hətta qəlbin səni qabaqlamaq, köksündən çıxmaq, səndən qabaq zirvəyə qalxmaq istəyir. Budur, sən artıq zirvədəsən və bütün dünya sənin ayaqların altındadır. Hətta qartal, məğrur dağ qartalı səndən aşağıda uçur. Amma sən şad deyilsən, bayaqkı həyəcandan da əsər-əlamət yoxdur, əksinə qəm-kədər içindəsən. Sən zirvəsi qarşıda olanlara, yüz əziyyətə qatlaşıb, ölümə meydan oxuyub dağlara qalxanlara qibtə edirsən. Bəli, böyük şair psixoloji momenti çox gözəl tutub, zirvə alpinistin məqsədi deyil, çünki onu dağlara çıxaran məqsəd deyil, asılılıqdır, dağlardan asılılıqdır, ekstrim, adrinalin asılılığıdır.
Təbii ki, adrinalin asılılığı qədim dünyada qalmayıb, insanlarla bir yerdə daş dövründən internet dövrünə qədər gəlib, inkişaf edib. Biz indi TV kanallarında yüzlərlə insanın təyyarədən tullandığını, əngin səmalarda əl-ələ verib, müxtəlif fiqurlar yaratdığını müşahidə edirik. Bir başqaları isə hündür körpülərdən, uca göydələnlərdən aşağı tullanmağı sevirlər. Amma biz bilməliyik ki, bu insanlar göylərdə uçmurlar, saniyədə 9,8 metr artan təcillə göydən yerə düşürlər. Onların 15-20 metr gecikməyi, paraşütün ipini bir-iki dəqiqə gec çəkməyi 5-6 yüz metr məsafədən yerə düşməyə - ölümə bərabərdir.
Məlum olduğu kimi, İsveçrə və İtaliya yalnız səfalı kurortları və gözəl şəhərləri ilə deyil, həm də sıldırımlı dağları, qranit və qabbro tərkibli (xalq arasında boz və qara mərmər deyilir) sərt qayaları ilə məşhurdur. Hər il dünyanın hər yerindən minlərlə insan bu ölkələrə gəlir ki, qışda dik yamaclardan dərin dərələrə sürüşsünlər, yayda yüzlərlə metr göylərə ucalan sıldırım qayalara dırmaşsınlar. Elə insanlar da var ki, onlar dik qayalardan aşağı tullanır, yerə bir neçə yüz metr qalmışa kimi göylərdə uçur, qəsdən paraşütü açmırlar. Bu insanlar əsil ekstremallar, daha dəqiq desək, adrinalin asılılığının qurbanlarıdır. Uzağa niyə gedək, bu gün Bakıda yolumuza və yuxumuza haram qatan avtoşlar kiçik miqyaslı olsalar da, bu tip insanlardır. Onlar da bir növ xəstədir, ölümlə həyatın sərhədində xuliqanlıq edir, ekstrimsiz yaşaya bilmirlər. Amma başqalarını - ekstremizmdən tamamilə uzaq, günahsız insanları bu təhlükəli oyuna qatdıqlarının fərqində də deyillər...
3.Bazarlıq asılılığı
Qeyd etmək lazımdır ki, asılılığın bu forması Azərbaycanda ümumiyyətlə öyrənilməyib, odur ki, dilimizdə adı da yoxdur. Rusca buna “veşevaya zavisimost”, türkcə “pazarlıq asılılığı” deyirlər. Türk variantı dilimizə daha yaxın olduğundan, onun üzərində dayanmağı məqbul hesab edirik.
Boş vaxtınızda dostlarınızla birlikdə olmaq, təbiətin seyrinə dalmaq, yaxud da maraqlı bir şey oxumaq (zövqünüzdən asılı olaraq) əvəzinə mağazaları gəzirsinizsə, sizə lazım olmayan malları alırsınızsa və dayana bilmirsinizsə, deməli sizdə bazarlıq asılılığının ilkin əlamətləri müşahidə olunur. Yemək, geyinmək, istifadə etmək kimi ehtiyaclarınızı ödəməyə xidmət etməli olan bazarlıq qəm-qüssə, ruhdan düşmə kimi duyğuların aradan qaldırılmasına yönəlirsə, hətta onlardan qurtarmaq üçün yeganə bir vasitəyə çevrilirsə, deməli, siz əməlli-başlı xəstəsiniz, həyəcan təbili döyməyin vaxtıdır.
Qeyd etmək lazımdır ki, asılılığın əsas göstəricisi adamın ehtiyacı olmadığı və aldığı məhsulları istifadə etmədiyi halda, ləzzət almaq xatirinə alverə davam etməsidir. Mütəxəssislər bazarlıq asılılığının ciddi problemlər yaradan və yalnız ilkin mərhələdə müalicə olunan bir prixoloji pozğunluq olduğunu deyirlər: “Bazarlıq asılılığı insana iqtisadi və psixoloji baxımdan çox çətin sınaqlar yaşada biləcək ciddi bir problemdir. Əsil çətinliklər bu pis vərdişin nəticəsində xərcləriniz və qazancınız arasındakı tarazlığın pozulduğu zaman meydana çıxır. Xərcləriniz nəzarətdən çıxıb idarə olunmayanda, borclarınız qazancınızı üstələməyə başlayanda və ödənə bilməyəcək səviyyəyə çatanda, «SOS» siqnalları çalınır...”
Doğrudur, insan alver əsnasında özünü xoşbəxt və rahat hiss edir, amma sonra peşman olur və əsəbiləşir. Bir də bazarlıq etməyəcəyinə yüz dəfə söz verir, amma özünə verilən sözlər qısa müddətdə yaddan çıxar. Hər gün lazımsız şeyləri almaqda və borclarını artırmaqda davam edir. BBS-nin məlumatına görə, Avstraliyada yaşayan Henri Bellokun bu problemə görə ailəsi dağılıb. Henrinin 36 yaşı vardı, Sidneydə yaşayır, sağlam həyat tərzi keçirirdi. Yaxşı maaşlı işi, xoşbəxt ailəsi vardı. Amma bazarlıq asılılığının güclənməsi ilə hər şey qurtardı. Lazımsız malları alıb evi doldurduğuna və ailəsinə baxmadığına görə, arvadı günlərin bir günü 5 yaşlı qızlarını da götürdü və evdən birdəfəlik getdi. Təbii ki, Henri peşman oldu, özünü danladı və bir də lazımsız mallar almayacağına söz verdi. Amma axırı nə oldu? Henrinin artıq 40 yaşı var, mənzili tamamilə lazımsız mallarla dolu olduğundan kirayədə yaşayır. Borcları artır, hazırda 50 min dollar civarındadır. O, nəinki lazımsız malları atmaq, ya satmaq istəmir, əksinə, köhnə maşın sürür və yeni mallar almaqda davam edir. Henri 2011-ci ildən bazarlığın yeni mərhələsinə keçib, ayda bir dəfə 16 min kilometr məsafə qət edir, təyyarə ilə Sidneydən Londona gəlir və keyfiyyətli alver edir. Hər səfər ona 5-6 min dollara başa gəlir, borclar və lazımsız mallar isə artmaqda davam edir…
Təcrübə göstərir ki, bazarlıq asılılığı, bir qayda olaraq, qadınların xəstəliyidir, yəni Henri Bellok kimi kişilər tək-tükdür. Aydındır, qadınlar daha çox pal-paltar, qızıl-zinyət əşyaları, mənzil avadanlığı almağa meyillidir. Böyük Britaniyanın paytaxtında yaşayan Sidni Rouz artıq 70-i keçib. O, əsil-nəcabətli bir qadındır, atasından ona böyük adla bərabər, böyük miras da qalıb. Londonda Sidni xanımın 4 böyük evi var, amma özü kirayə mənzildə yaşayır. Çünki evlərinin hamısı ağzına kimi lazımsız mallarla doludur. O isə bu mallardaí xilas olmaq fikrində deyil, onları həyatının mənası hesab edir. Sidni 50 ildir ki, bazarlıq asılılığından əziyyət çəkir. Artıq borcların içində itib-batır, kredit borcları 100 min funtu (150 min dollar) üstələyir. Doğrudur, Sidni Rouz BBS kanalına verdiyi müsahibədə psixi pozğunluqdan əziyyət çəkdiyini, bazarlıq asılılığının həyatına hakim kəsildiyini təsdiq edir, amma heç cür bu asılılıqdan yaxa qurtara bilmir. Ona hətta övladları da kömək edə bilmir.
Yuxarıda deyildiyi kimi, bazarlıq asılılığından ilkin dövrdə yaxa qurtarmaq mümkündür və lazımdır.
Mütəxəssislər bunun üçün aşağıdakıları etməyi məsləhət görürlər:
- Sizə konkret bir şey lazım deyilsə, mağazalara getməyin, imkan dərəcəsində mağaza və bazarlardan uzaq gəzin.
- Bir siyahı yazın və o siyahıdakılardan başqa heç nə almayın.
- Alverə tək çıxmamağa çalışın. Yanınızda sizi dayandıracaq insanların olması olduqca əhəmiyyətlidir.
- Özünüzü pis hiss etdiyiniz anlarda rahat olmaq üçün dostlarınızla gəzməyə çıxın və ya idmanla məşğul olun.
- Asılılıqdan qurtarmaq üçün evdəki bütün lazımsız malları satın, ya da atın.
Yox, əgər siz artıq asılılığın yetkin mərhələsindəsinizsə, yəni ondan müstəqil can qurtara bilmirsinizsə, vaxt itirməyin, təcili psixoloqa müraciət edin.
Ardı olacaq...
MİA.AZ
"Samsunspor" hesabı qoruya bilməyib - 2 qol, 2 qırmızı kart...
Türkiyədə həbsxana maşını qəza törədib - 23 yaralı var
Hindistanda GPS saxtakarlığı... - Bəzi uçuşlar təxirə salıındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Yekaterinburqda azərbaycanlı iş adamı saxlanılıb
Ukraynanın vurduğu Rusiya gəmiisi İstanbula çəkildi - FOTO
Prezidentdən əfv istəyən Netanyahu hakim qarşısına çıxdı - Prokurorla baş nazir iclasda mübahisə edib
Ruben Vardanyanın məhkəməsi: zərərçəkənlərin ifadələr dinlənilib
Bu gün Türkiyədə derbidir: "Fənərbağça, yoxsa "Qalatasaray"? - "Qara bazar"da biletin qiyməti 4 min manatı ötüb
Sabunçuda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb - İki qurum açıqlama yaydı
Heydər Əliyev Fondu "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə"nin tərəfdaşı olub
Bakıda Yeni İl yarmarkasına da xüsusi hazırlıq görülür
AXCP ləğv olunacaq? - Milli Məclisin komitə sədri bunu mümkün sayır
“Qurd dərəsi” “İtlər vadisi”nə çevrilib - İcra Hakimiyyətindən şikayətə reaksiya (YENİLƏNİB)
"Ramiz Mehdiyev faktoru..." - Siyavuş Novruzovdan açıqlamalar
Ən çox qol vuran futbolçular... - Peşəkar Futbol Liqası siyahı yaydı
Əli Əsədov yeni qərar imzalayıb
ƏƏSM pensiya təyinatına dəyişikliyə izah verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Əli Kərimlinin həbsi Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində..." - Əli İnsanovdan açıqlamalar
Ramiz Mehdiyevin Şabrandakı villası - Sabiq deputat "makler" adıyla girdi və... (VİDEO)
Daha 33 maşın hərraca çıxarılıb
Cenk Tosundan boşanma xəbərinə reaksiya: "Yalandır..." - FOTO
Prezident İlham Əliyev Fərman imzalayıb
NAZİR MÜAVİNİ VƏZİFƏDƏN AZAD EDİLDİ - Ramiz Mehdiyevin oğlu haqda sərəncam imzalandı
"Azercell Telecom"dan qış kampaniyası!
Özəl bağçalara elektron portal üzərindən qeydiyyat başlayıb
Laçın – enerji və mədəniyyətin birləşdiyi geosiyasi məkan
Bakıda beynəlxalq konfrans keçiriləcək - Bu tarixdə
AXCP sədri Əli Kərimli və Məmməd İbrahimə ittiham elan olunub - Məhkəmə həbs qərarı verdi (YENİLƏNİB)
“Nar”da həyəcan artır: 6-cı avtomobil səni gözləyir
"O paltarı daha geyinmərəm" - Günay İbrahimli
Türkiyədə İŞİD-ə qarşı daha bir əməliyyat: 3 suriyalı qandallandı
AFFA rəsmiləri beynəlxalq konfransa qatılıblar
Naxçıvanda daha bir nazir vəzifədən azad edildi - Nazir postu kimə həvalə olundu? (YENİLƏNİB)
Vilayət Eyvazov Gəncədə 384 vətəndaşı qəbul edib, rəislərə taşırıq verib - Polis olmaq istəyən 382 nəfər isə... (VİDEO)
İsrail ordusu Tubas və Aqaba şəhərlərin yeni əməliyyata başlayıb
"Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb
AAYDA-ya 2 milyon manatı ayrıldı - Sərəncam
Mərkəzi Bankda kadr dəyişikliyi olub
Rəqsanə konsertə hazırlaşır - Vəkil ev dustaqlığında olan müğənninin necə konsert vercəyini izah edir
Xəzər dənizidə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb