Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”

img

29-04-2024 [00:54]


Türkiyə Super Liqasının 34-cü turunda "Fənərbağça" ilə qarşılaşmanın 24-cü dəqiqəsində kobud hərəkətə görə qırmızı kartla meydandan qovulan "Beşiktaş"ın ulduz oyunçusu Əl-Musrati sosial media hesabında paylaşım edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, yol verdiyi kobud səhvə görəhər kəsdiən üzr istəyib: "Səhvimə görə komanda yoldaşlarımı meydanda tək buraxdım. Kədərimi ifadə etməyə söz tapa bilmirəm. Komanda yoldaşlarımdan, məşqçimdən və böyük "Beşiktaş" azarkeşlərindən üzr istəyirəm. Söz verirəm ki, bunun əvəzini çıxmaq üçün əlimdən gələni edəcəyəm".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 13.05.2024

Sabah yağış yağacaq