"Lester Siti" yenidən Premyer Liqaya dönüb  

img

29-04-2024 [00:11]


"Qalatasaray"dan icarəyə verilən Türkiyə millisinin oyunçusu Yunus Akgünün formasını geyindiyi "Lester Siti" yenidən Premyer Liqaya yüksəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son turda QPR komandasının 2-ci yerdə qərarlaşan "Lids Yunayted"i 4:0 hesabı ilə məğlub etməsi türk oyunçunun çıxış elədiyi komandaya yarayıb.

Belə ki, "Lids"in məğlubiyyətindən sonra lider "Lester Siti" liqanın bitməsinə 2 həftə qalmış 94 xalla çempionluğu təmin edib. 

Bununla a "Lester Siti" ötən mövsüm "yuvarlandığı" aşağı liqadan yenidən Premyer Liqaya dönüb.

Onu da qeyd edək ki, 8-i ilk 11-likdə olmaqla "Lester Siti"nin heyətində 21 liqa oyunda forma geyinən Yunus Akgün indiyədək 1 qol atıb, 2 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA