Bir qrup yazıçı bəyanat yaydı: "Davranışınız doğru deyil” - Yazıçılar Birliyində mənzil qalmaqalı
29-11-2023 [10:32]
Azərbaycan Yazıçılar Birliyinin (AYB) evlə təmin etdiyi üzvlərinin siyahısı məlum olub.
Mia.az xəbər verir ki, onlar bu yazıçı və şairlərdir: Seyran Səxavət, Nəriman Qasımzadə, Vaqif Əlixanov, Firuz Mustafa, Dəyanət Osmanlı, Xanəmir Telmanoğlu, Elxan Zal, Elmar Şeyxzadə, Gülxani Pənah, Arifə Əliyeva, Südabə Ağabalayeva, Məlahət Qənbərova, Narıngül Babayeva, Şəfəq Sahibli, Xəyal Rza, Əlibala Əliyev, Şəmsiyə Camalova, Ülviyyə Heydərova, Ulucay Akif, Rauf Aslanov, Seyran Məlikov AYB tərəfindən evlə təmin olunublar.
Ev alanlar birgə bəyanat da yayıblar.
Bildiriblər ki, Birliyin əməkdaşlarına mənzil verməsi onlar üçün də gözlənilməz olub.
“Sənədlərin imzalanması üçün Yazıçılar Birliyinə dəvət olunanda, bizim üçün sürpriz oldu. Təəssüf ki, mənzil alanların siyahısına düşməmiş bir-iki AYB üzvü sosial şəbəkələrdə, telekanallarda mənzil alanların ünvanına təhqiredici sözlər işlədərək, haqsızlıqda, ədalətsizlikdə ittiham edərək, sevincimizi qursağımızda qoydular. Biz bu fikirdəyik ki, bölgü zamanı heç bir ədalətsizlik olmayıb, mənzillər ədəbiyyat sahəsində xidmətləri olan qocaman yazıçılara, mənzil şəraiti ağır olan, heç mənzili olmayan yazıçı və əməkdaşlara verilib, siyahıda kənardan gəlmə heç kim yoxdur”, – bəyanatda bildirilir.
Daha sonra qeyd olunur ki, mənzillə təmin olunanların yeganə iş yeri Azərbaycan Yazıçılar Birliyidir: “Onların da Azərbaycan vətəndaşları kimi mənzil almaq hüquqları var və onların adlarını hallandırıb yuxarıdan-aşağı baxmaq qələm adamlarına yaraşmaz. Yazıçılar Birliyi son 30-35 ildə üzvlərinin mənzil problemini həll etmək üçün bütün imkanlarını səfərbər edib və ən çox mənzil bu dövrdə paylanıb. Mənzil davası edənlər ilk növbədə yazıçı nüfuzuna kölgə salırlar. İctimaiyyət qarşısında nalayiq sözlər işlətmək, insanlara iftira atmaq, dedi-qodu yaymaq, üzvü olduqları təşkilat barədə yanlış təsəvvür yaratmağa çalışmaqla yalnız özlərini gözdən salan səxslərə sözümüz budur ki, davranışınız doğru deyil”.
Bəyanatın sürətini “kulis.az” saytı yayıb.
Şair bəyanata və AYB-nin açıqlamalarına etiraz edir…
AYB üzvü, şair Emil Rasimoğlu isə yazarların bəyanatını özünümüdafiə xarakterli sayıb.
O, baş verənlərə görə əsasən də birliyin sədri Anarı və sədrin müavini Rəşad Məcidi günahlandırıb.
“Ev məsələsi ilə bağlı Anarın açıqlaması əslində onun və komandasının Yazıçılar Birliyindəki iflasının növbəti və ən acınacaqlı “fotosudur””, – Emil Rasimoğlu qeyd edib.
O, AYB sədrinin müavini Rəşad Məcidin mediaya verdiyi açıqlamanı da tənqid edib:
“Rəşad Məcidin ev məsələsi ilə bağlı mətbuata verdiyi məsuliyyətsiz açıqlaması, əslində, Anar diktaturasının idarəçilik məğlubiyyətindən, çöküşündən başqa heç nəyi ifadə etmir”.
“Rəşad Məcid də Çingiz Abdullayev kimi fikirlərində bir az da məsələdən xəbərsiz olmaq təəssüratı yaratmağa çalışır. Hansı ki onların bütün “oyunlardan” həmişə xəbərləri olub, olur və olacaq. Nə qədər ki Anar sistemi Yazıçılar Birliyindədir. Sadəcə, Rəşad Məcidin Anar diktaturasını müdafiə etməyə, “günlük mənzərələr” yaratmağa daha “nəfəsi”, “boyası” çatmır. Yəni nə “nəfəsi” çatır, müdafiə etsin, nə də iradəsi çatır ki, o diktaturanı, idarəçilik sistemini tərk etsin. Çünki Rəşad Məcid o diktaturanın özülüdür, təməlidir, ən sadiq nümayəndələrindəndir. İnsan nə qədər ədalətsiz ola bilər ki, öz fikirləri fonunda bu qədər çarəsiz, “yorğun”, məğlub, bitkin görsənə bilsin. Necə ki bu gün Rəşad Məcid görsənir”, – deyə o qeyd edib.
Emil Rasimoğlunun fikirləri ilə bağlı AYB-dən münasibət öyrənmək mümkün olmayıb.
Noyabrın 18-də sosial şəbəkələrdə AYB-nin bir sıra üzvləri mənzillərin verilməsində ilə bağlı sərt ittihamlar səsləndiriblər.
Mənzillərin evi olan, yaxud Yazıçılar Birliyinin rəhbərliyinə yaxın şəxslərə verilməsinə dair ittihamlar irəli sürülüb.
AYB-nin sədr müavini Rəşad Məcid Meydan TV-yə deyib ki, son qərarı AYB-sədri Anar Rzayev verəcək.
MİA.AZ
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"