Viza dələduzluğu: ölkəni tərk etmək istəyənlər necə "tor"a salınır?
02-11-2023 [12:32]
Azərbaycanda ölkəni tərk etmək haqda düşünən çoxdur. Bunu bilmək çətin deyil. Birincisi, xarici ölkələrin Bakıdakı konsulluqlarında viza müraciəti üçün aylarla gözləmək lazım gəlir.
Məsələn, bir neçə il əvvəl belə deyildi. İkincisi, sosial platformalarda işçi vizası ilə bağlı müzakirələr çoxalıb. Qruplar, səhifələr yaradılıb. Burada hər xırda nüansın müzakirəsinə rast gəlmək mümkündür. Hətta viza dələduzlarına həsr olunmuş səhifələr də var.
Mia.az Bizimyol.info-ya istindla xəbər verir ki, indi ölkədə işçi vizası daha populyardır. Çünki başqa yollarla Şengen dövlətlərinə viza almaq çətinləşib. Avropada azərbaycanlı miqrantların sayı artıb. Turist vizası ilə köhnə qitəyə gedənlər Vətənə qayıtmaq istəmir. Buna görə də xarici ölkələrin buradakı konsulluqları viza müraciətlərinə daha ehtiyatla yanaşmağa başlayıb. Motivlər nə qədər inandırıcı görünsə də, mümkün qədər daha az adama viza verilir.
Ümid qalır işçi vizasına. Bunun proseduru belədir ki, həmin Avropa ölkəsindəki hər hansı şirkət azərbaycanlı şəxsə dəvətnamə göndərməlidir. Son vaxtlar Polşa şirkətlərindən belə dəvətlər çox gəlirdi. Amma bu Avropa ölkəsiylə bağlı rüşvət qalmaqalı durumu dəyişib. İddialara görə, Polşanın ayrı-ayrı ölkələrdəki konsulluqları pul müqabilində viza verirmiş. Məsələ ortaya çıxıb, Şərqi Avropa dövlətində araşdırma başlayıb. Buna görə də Polşa konsulluqları daha "korrekt" davranmağa çalışır.
Sıravi adamlar xarici şirkətlərdən dəvətnamə almağa çətinlik çəkir. Ortaya vasitəçilər daxil olur. Onlar müxtəlif plazalarda ofis icarəyə götürürlər. Sosial platformalarda reklamlar yerləşdirirlər. Söz verirlər ki, işçi vizası düzəldəcəklər. Ayrı-ayrı şəxslərdən pul alırlar. Təxminən 2 min manatdan söhbət gedir. Çox az hallarda pul verən şəxs viza əldə etməyə nail olur. Yəni dələduzluq faktı qeydə alınır.
İndi viza dələduzluğunda yeni metod ortaya çıxıb. Həmin vasitəçilər müxtəlif şəxslərdən viza düzəltmək adı ilə pul toplayır. Mümkün qədər zaman qazanmağa çalışırlar. Konsulluqlarda viza müraciətləri üçün növbənin uzun olmasını bəhanə gətirirlər. Əslində, heç bir addım atmırlar. Həmin şəxslərin pullarını investisiya predmeti kimi istifadə edirlər. Daha populyar yol, avtomobil alveridir. Vasitəçi yüzminlərlə manat toplayandan sonra Avropadan, daha çox Almaniyadan bu “investisiya” sayəsində ölkəyə avtomobillər gətirir. Sonradan maşınları sataraq qazanc əldə edir. Müştərilər ciddi narahat olmağa başlayanda da onların pullarını növbə ilə qaytarır. Elə davranır ki, heç kim polisə şikayət etmək ehtiyacı duymasın. Müştəri təkcə vaxt itirir, pulunu geri ala bilir. Amma qazanan yenə də vasitəçi olur. Həmin şəxs də kapitalı daim düzgün idarə etməyə çalışır, əlindən gələni edir ki, həmişə mayası olsun.
Təəssüf ki, ölkədə sosial vəziyyət ağırlaşdıqca dələduzluq faktları da artır. Həm də ortaya belə ağlasığmaz metodlar çıxır.
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib