Hikmət Hacıyevdən "TRT Haber"ə açıqlama: "Türkiyə hər zaman olduğu kimi, yanımızdadır, əsas hədəfimiz isə..."

img

19-09-2023 [17:26]


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “TRT Haber” telekanalına Qarabağda keçirilən antiterror əməliyyatı barədə danışıb.

Mia.az TRT Haber-ə istinadla xəbər verir ki,  Hacıyev açıqlamasında “Bu qanunsuz rejim Qarabağdan çəkilməlidir” deyib.

Qarabağda Azərbaycana qarşı təxribat xarakterli addımların atıldığını vurğulayan Hacıyev bildirib ki, əsas məqsəd bu qanunsuz rejimin hərbi infrastrukturunu zərərsizləşdirməkdir: "Türkiyə həmişə olduğu kimi bizimlədir”.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA