PAŞİNYAN, NƏHAYƏT, DİLLƏNDİ: “Biz əməliyyatlara başlamaq niyyətində deyilik” - "İndiki vaxtda tələsik addım atmayacağıq”

img

19-09-2023 [17:08]


“Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil”.

Mia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq”, - o qeyd edib.

Onun sözlərinə görə, bəzi dairələr dövlət çevrilişi daxil olmaqla, müxtəlif səpkili bəyanatlar verirlər: “Bu şərtlər daxilində Ermənistan dövləti qanunvericilik çərçivəsində reaksiya verməlidir. Ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə Ermənistanın dövlətçiliyinə xələl gətirmək imkanı verilməməlidir”(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA