UEFA Azərbaycan klublarına vəsait köçürüb - Məbləğlər

img

06-04-2023 [15:40]


UEFA növbəti dəfə Azərbaycan klublarına ödəniş edib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, maliyyə vəsaiti UEFA Millətlər Liqası turnirinin 2022/2023-cü illər mövsümündə futbolçuları mili komandaların heyətində çıxış etmiş klublara verilib.

Avropa futbol qurumundan ayrılmış məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə müvafiq klubların bank hesablarına köçürülüb.

"Qarabağ"a 215 881, "Neftçi"yə 73 180, “Sabah”a 51 226, “Zirə”yə 43 908, “Sumqayıt”a 40 249, “Qəbələ”yə 18 295, “Şamaxı”ya 10 977, “Səbail”ə isə 7318 avro ödənilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA