DÇ-2026: 6 oyun oynanılıb - NƏTİCƏLƏR

img

18-11-2025 [09:27]


Ötən gecə 2026-cı il FIFA Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində  A, G və L qruplarında oynanılan altı oyun oynanılıb.

Mia.az xəbər verir ki, G qrupunun lideri olan Hollandiya Litvanı 4-0 hesabı ilə məğlub edərək 20 xalla qrup lideri olub.

Bununla da qruplarında birinci yeri tutan Hollandiya Xorvatiya, İngiltərə, Fransa, Portuqaliya, Norveç və Almaniya ilə birgə Dünya Kubokuna vəsiqəni təmin edib.

Qruplarında ikinci yeri tutan Albaniya, Ukrayna, İrlandiya Respublikası, İtaliya, Slovakiya, Çexiya və Polşa pley-offa vəsiqə qazanıblar.

Beləliklə, ötən gecə keçirilən oyunların nəticələri: 

A qrupu:

Şimali İrlandiya - Lüksemburq: 1-0

Almaniya - Slovakiya: 6-0

G qrupu:

Malta - Polşa: 2-3

Hollandiya - Litva: 4-0

L qrupu:

Çexiya - Cəbəllütariq: 6-0

Monteneqro - Xorvatiya: 2-3

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA