Qəzzada məktəb bombalanıb - Yaralılar var

img

18-11-2025 [00:25]


İsrail ordusu bu gün Qəzza şəhərində məcburi köçkün fələstinlilərin sığındığı məktəbə zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, İsrail ordusu atəşkəsə baxmayaraq, Qəzza şəhərinin mərkəzindəki Derej məhəlləsində məcburi köçkün fələstinlilərin sığındığı məktəbin girişi və həyətindəki çadırı bombalayıb: "PUA zərbələri nəticəsində 10 nəfər yaralanıb. Onların aralarında qadın, uşaq və yaşlı insanlar da var".

İsrail ordusu xəbəri təsdiqləyib. Bildirilib ki, həmin bölgədə HƏMAS döyüşçülərinə zərbə endirilib.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA