ABŞ və İSRAİL İRANIN NEFT ZAVODLARINI VURUR - Rəsmi Tehran açıqlama yaydı

img

08-03-2026 [02:33]


ABŞ-İsrail tandemi bu gün Tehran və Əlborz əyalətlərindəki neft anbarlarına zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu faktı İran Milli Neft Emalı və Paylama Şirkəti təsdiqləyb.

Bildirilib ki, Tehran və Əlborz əyalətlərindəki vurulan neft anbarlarında ehtiyat yanacaq minimm səviyyədə olub: "Tehran və Əlborz əyalətlərindəki bəzi neft anbarları raket hücumlarına məruz qalıb. Hücumdan əvvəl anbarlardakı ehtiyatları minimuma endirmək üçün lazımi tədbirlər görülmüşdü. Hər iki əyalətdə digər mənbələrdən yanacaq təchizatı fasiləsiz təmin edilir"

Məlumatda deyilir ki, yanğınsöndürmə briqadaları anbarlardakı yanğınları söndürməyə çalışırlar

Fars Xəbər Agentliyi yazır ki, Tehran və Kərəcdəki üç neft anbarı da vurulub.

Bildirlib ki, ran ordusu buna cavab olaraq İsrailin Hayfa bölgəsində neft emalı zavodu və anbarlarına ballstik raketz zərbəsi endirib. 

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA