İran və Səudiyyə Ərəbistanı XİN başçıları danışdı - "Qonşuları düşmən görmürük"

img

08-03-2026 [09:25]


İranın xarici işlər naziri Abbas Ərakçi Səudiyyə Ərəbistanı XİN başçısı Feysəl bin Fərhanla danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, İran dövlət televiziyasına açıqlama verib.

Bildirib ki, o, həmkarı ilə ABŞ-İsrail hücumları və İranın qonşu ölkələrdəki ABŞ bazalarına hücumlarını müzakirə edib: "Səudiyyə Ərəbistanı həmkarımla daim əlaqə saxlayırıq. Səudiyyə rəsmiləri bizə torpaqlarının, sularının və ya hava məkanlarının İrana qarşı istifadəsinə icazə verməyəcəklərinə zəmanət veriblər".

İran və Səudiyyə Ərəbistanı arasında yeddi illik fasilədən sonra diplomatik münasibətlərin bərpası ilə bağlı 10 mart 2023-cü ildə Pekində əldə edilən razılaşmanı xatırladan Ərakçi daha sonra deyib: "Əlaqələrimiz davam edir və ümid edirik ki, Səudiyyə qardaşlarımız da Pekin razılaşmasına əməl edəcək. Əslində hər əs bilir ki, bölgədə müharibəyə Vaşinqton və Təl-Əvivin məsuliyyət daşıyır. ABŞ və İsrailin təcavüzü bütün bölgəni təhlükəyə atıb. İran qonşularını düşmən görmür. Biz qonşularımızla dostuq. Amma biz bölgədəki bizə hüucmüçün istifadə olunan ABŞ bazalarına çox sərt cavab verəcəyik"

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA