Mbappe ilə PSJ arasında məhkəmə savaşı başlayıb - 700 milyonluq qalmaqal

img

18-11-2025 [18:58]


Fransa klubu PSJ keçmiş kapitanı, hazırda "Real Madrid"də oynayan Kylian Mbappeyə məhkəmə iddiası qaldırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub 2024-cü ilin yayında İspaniyanın "Real Madrid" klubuna pulsuz transfer olunan Mbappedən nə az, nə çox - düz 440 milyon vəsait tələb edir. 

26 yaşlı ulduz futbolçu da boş dayanmayıb. O da keçmiş klubundan müqaviləsinə əsassız xitamla bağlı 44,6 milyon avro,  imza bonuslarına görə isə 40,4 milyon avro da daxil olmaqla, ümumilikdə 10 fərqli məsələ üzrə 260 milyon avrodan çox təzminat tələb edir: "Futbolçunun bu iddiasına qarşı indiyə qədər səssiz qalan PSJ isə keçmiş kapitanından 440 milyon avro tələb qaldırıb. PSJ keçmiş oyunçunu 2022-ci ilin iyulu ilə 2023-cü ilin iyunu arasında müqaviləsini təxminən 11 ay müddətinə yeniləməmək qərarını açıqlamamaqla, klubu gəlirli transferdən məhrum etməkdə günahlandırır".

Məlumata görə, məhkəmə hər iki tərəfin ümumilikdə 700 milyon avroluq iddiaları üzrə qərarını 16 dekabrda elan edəcək.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:21 18.11.2025

Millimiz uduzub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA