BMT Qəzzaya sülhməramlı göndərilməsi barədə qətnamə qəbul etdi - Trampdan qərara reaksiya

img

18-11-2025 [09:56]


ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Qəzzada Sülh Şurasının yaradılması və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutan ABŞ-ın irəli sürdüyü qətnaməni təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qətnamənin qəbuluna ABŞ Prezidenti Donald Tramp operativ reaksiya verib.

O, bu qərarı alqışlayıb: "Bir neçə dəqiqə əvvəl dünyanın ən güclü və hörmətli liderlərindən bəzilərinin daxil olacağı və sədrlik edəcəyim sülh şurasını təsdiqləmək və dəstəkləmək üçün keçirilən inanılmaz BMT TŞ-dəki müsbət səsvermə münasibətilə dünyanı təbrik edirəm. Mənim müllifim olduğu 20 maddəlik "Qəzza sülh planı"na əsaslanan qətnamənin qəbul edilməsi BMT tarixində ən böyük təsdiqlərdən biri kimi düşəcək. Həqiqətən də bu qərar dünya tarixində daha böyük sülhə gətirib çıxaracaq. Bu, əsl tarixdir"

Tramp daha sonra BMT-yə, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə və İordaniya da daxil olmaqla qətnaməni dəstəkləyən ölkələrə təşəkkür edib.

Xatırladaq ki, BMT TŞ-dəki səsvermədə 13 ölkə qanun layihəsinə "hə" səs verib, Rusiya və Çin isə bitərəf qalıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA