Dövlət Xidməti 30 ədəd xidməti maşın alır - Bir milyon 247 min manata

img

18-11-2025 [10:31]


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəki “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti avtomobil parkını genişləndirir.

Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az agentlikdən məlumat əldə edib.

Qeyd edilib ki, “Sedam” MMC 30 ədəd pikap tipli nəqliyyat vasitəsi sifariş edib və sifarişlə əlaqədar olaraq “Abşeron Lizinq” QSC ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, 30 maşının satın alınmasına görə “Abşeron Lizinq” şirkətinə 1 milyon 247 min manat ödəniş ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA