“Sofia Cup” beynəlxalq turniri: Azərbaycan yığması iştirak edəcək

img

05-04-2023 [12:54]


Bədii gimnastika üzrə Azərbaycan yığması “Sofia Cup” beynəlxalq turnirində iştirak edəcək.

Federasiyadan Mia.az-a verilən məlumata görə, komanda bu məqsədlə yarışın təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yollanıb.

Böyüklər arasında Mədinə Dəmirova və İlona Zeynalova, gənclərin yarışında isə Nuray Əhmədzadə ilə Şəms Ağahüseynova Azərbaycanı təmsil edəcəklər.

Bu gün start götürəcək “Sofia Cup” aprelin 11-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA