"Fənərbağça" Jesusu istefaya göndərir?

img

04-04-2023 [09:37]


"Beşiktaş”a derbidə 4:2 hesablı məğlubiyyətdən sonra “Fənərbağça”nın baş məşqçisi Jorge Jesusun istefaya göndəriləcəyi xəbərləri intensivləşib.

Mia.az xəbər verir ki, Türkiyə mətbuatı onun Türkiyə Kuboku uğurunda “Kayserispor”la keçiriləcək matçdan sonra istefaya göndəriləcəyini yazır.

Ancaq Beyaz TV-dən Devrim Zenginin iddiasına görə, klub rəhbərliyi təcrübəli məşqçi ilə vidalaşmaq istəmədiyini deyib. 

O, efirdə bildirib ki, "Fənərbaxça" rəhbərliyi qısa zamanda Jorge Jesusla geniş toplantı keçirəcək: "Lakin bu görüşdə portuqaliyalı məşqçi ilə yolları ayırmaq variantı müzakirə olunmayacaq. Əksinə, komandaya necə impuls verə biləcəkləri əsas müzakirə mövzusu olacaq. Güman ki, klub rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq Jesusla elə bu toplantıda yenidən anlaşmanın ilk təməlini atacaq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA