Azərbaycan gimnastları Polşada 7 medal qazanıblar

img

03-04-2023 [15:50]


Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirində 7 medal qazanıblar.

Gimnastika Federasiyasından Mia.az-a verilən məlumata görə, milli komanda yarışı 4 qızıl, 2 gümüş və 1 bürünc mükafatla başa vurub.

Yığmanın heyətində Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq), Bilal Qurbanov (böyüklər, tamblinq) birinci, Fərhad Mustafayev (11-12 yaş, batut gimnastikası), Tofiq Əliyev (böyüklər, tamblinq) ikinci, Adil Hacızadə (böyüklər, tamblinq) isə üçüncü yeri tutub.

Qeyd edək ki, martın 30-da start götürən turnir aprelin 4-də yekunlaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA