Arda Turan bu komandanın baş məşqçisi təyin olunacaq

img

03-04-2023 [09:58]


"Qalatasaray"ın sabiq kapitanı Selçuk İnan "Kasımpaşa"nın baş məşqçisi vəzifəsindən getməsi Arda Turana məşqçilik üçün ilk fürsəti açıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, super Liqa təmsilçisi bir neçə gün əvvəl Səlcuq İnandan boşalan posta "Qalatasaray"ın daha bir sabiq futbolçusu, xeyli vaxtdır məşqçilik kurslarını bitirmiş Arda Turan gətirəcək.

"Axşam" qəzeti yazır ki, klub rəhbərliyi Arda Turanla təmasa keçib. Əgər şərtlərdə razılaşma olarsa, o zaman Arda Turan məşqçi kimi karyerasına  ilk olaraq "Kasımpaşa"da başlayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA