SƏNƏDSİZ EVLƏR SƏNƏDLƏŞDİRİLİR: yeni qayda isə ortaya yeni suallar çıxarıb - Hüquqşünas yazır
14-02-2023 [16:11]
Ələsgər ƏHMƏDOĞLU,
Hüquqşünas
***
Bu gün rəsmi yayılan məlumatlara əsasən Milli Məclis "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişiklik təklifini müzakirəyə çıxaracaq.
Dəyişikliyə əsasən 2023-cü il 1 mart tarixinədək inşa edilmiş, tikintisi "Şəhərsalma və Tikinti Məcəllənin tələblərinə uyğun aparılmamış, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.
Yəni daha öncə Məcəllənin tələbinə əhəmiyyət verməyib bina tikən şəxslər, “müvafiq quruma” ödəniş edərək rəy alacaq və həmin binaların istismarına yaşıl işıq yanacaq. Bir anda illərlə qanunsuz tikili olan yapılar olacaq “qanuni”.
İlk ağlıma gələn "əcaba əhalinin sayını azaltmağımı hədəfləyirlər" oldu. Gözümüzün önündə Türkiyədə yaranan kütləvi məzarlıqlardan dərs almaq istəmirlərmi?
İndiyənədək heç olmasa, mənzil almaq istəyən ağıllı insanlar araşdırır, sahibkar evə rəsmi sənədlər təqdim edə bilmirdisə, həmin yerdən mənzil almayıb, rəsmi qeydiyyatı olan yerə yönəlirdi. İndi tikinti tələbinə uyğun tikilməyən evə də “qanunidir” sənədi veriləcəksə, o zaman həmin tələblərə cavab verən tikintilər üçün haqsız rəqabət yaranacaq. Həm də alıcı bilməyəcək ki, onun aldığı “qanuni” mənzil tikinti tələblərinə uyğun aparılıb ya yox!
Üstəlik, həmin tikinti tələblərinin standartı müzakirəyə çıxarılacaq. O necə standartdır ki, ona uymaq da olar, uymamaq da?
Tikinti tələbinə cavab verməyən amma etibarlılıq və təhlükəsizlik tələblərinə uyğun gələn nə deməkdir? "Ödənişi ödə, rəyini al!"- ol qanuni - demək deyilmi?
Buna kəsinliklə yol vermək olmaz. Türkiyədəki fəlakət bizə də dərs olmalıdır. Türkiyə hökuməti bu son zəlzələnin episentri olan K.Maraşda 2018- ci ildə indi bizdə edilmək istənən kimi "imar affı" verdi. 100 mindən çox sakinin standartlara uyğun tikilməyən, standarta uyulmayan mənzilləri oldu qanuni.
Nə oldu? Qanunsuz tikililər rəsmi sənədlə “qanuni” olduqda insanlara məzar olmadılarmı?
Nəticə ortadadır, son bir həftədə on minlərlə insan itkisi yüz mindən çox zərər görən.
Qeyd: Ola bilər ki, kimsə düşünsün ki, tikili qanunsuz olsa da, etibarlı da ola bilər. Mümkündür. Amma unutmayaq, Azərbaycanda qanunsuz tikilən bütün tikililərin ərsəyə gəlməsinə göz yummağın bir bədəli var idi. İndi qanunsuz olmasına rağmən, “etibarlı“ olmasının da bir bədəli olacağına şübhə edən demək olar ki yoxdur.
Qanunsuza göz yumanın vicdanı bir anda həmin qanunsuzun “etibarlı” olmasında oyanacaq deyil. Özümüzü aldatmayaq!
MİA.AZ
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək