Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək

img

02-05-2024 [10:31]


Nazirlər Kabineti 18 iyul 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə 2 ədəd xidməti minik avtomobili veriləcək.

Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatının xidməti minik avtomobillərinin sayı isə 5-dən 7-yə çatdırılıb


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA