Partiya funksioneri adam öldürüb qaçdı - Qarşı tərəf isə atası və qardaşını ölümcül yaraladı

img

26-01-2023 [00:47]


Türkiyənin Muğla şəhərində düşmən münasibətində olan iki ailə arasında çıxan davada "Gələcək" Partiyasının şəhər Təşkilatının Gənclər şöbəsinin sədri silaha əl atıb.

Mia.az xəbər verir ki, şöbə rəhbəri Adem K. mübahisə etdiyi qonşusu Melihşah Y-ni sənədsiz tapançası ilə vuraraq öldürüb.

Böyük qardaşının vurulduğunu görən 28 yaşlı Ali Osman Y. evdən bıçaq götürərək şöbə rəhbərinin atası Hüseyn K. və qardaşı Berzan K.-yə hücum edərək, onlara ölümcül zərbələr endirib. 

Qonşuların təcili yardım və polsiə zəngi aranı qismən də olsa, sakitləşdirib. Təcili yardım maşını zamanında yetişsə də, partiya funksionerinin güllələdiyi  şəxsin həyatını xilas etmək mümkün olmayıb. 

Melihşah Y.-nin meyiti ekspertiza üçün morqa aparılıb. 

Ağır yaralanan Berzan K. ilə atası Hüseyn K. isə xəstəxanaya qaldıırılıb, onlara hücum edən şəxs isə qandallanıb.

Hazırda polis hadisə yerindən qaçan partiya funksioneri Adəm bəyi axtarır.

Xatırladaq ki, Gələcək Partiyasının lideri keçmiş Baş nazir Əhməd Davudoğludur.

Lamiyyə,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA