ALİ MƏHKƏMƏNİN SƏDR MÜAVİNİNİN OĞLU KOMİTƏ SƏDRİ TƏYİN OLUNUB - Bu gün kollektivə təqdim edilib

img

25-01-2023 [19:56]


Naxçıvanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub.

Mia.az xəbər verir ki, Ali Məclisin sədr müavini  Azər Zeynalovun sərəncamına əsasən, İlqar Hacıbala oğlu Sadıqov bu vəzifəyə təyin edilib.

Məlumata görə, bu gün Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün İ.Sadıqovu kollektivə təqdim ediblər.

Təqdimat zamanı Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, İ.Sadıqov 1965-ci ildə Bakı şəhərində anadan olub. O, bu təyinatadək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəhbərlik edib.

Və ən nəhayət, MİA.AZ xəbər verir ki, yeni sədr Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini, əslən Ordubad rayonunun Dəstə kəndindən olan Hacıbala Sadıqovun oğludur. 

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA