Əli Əsədov Agentliyin topladığı cərimələrlə bağlı qərar verdi - DETALLAR
25-01-2023 [17:55]
“Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Agentliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə Qaydası” təsdiq edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun yanvarın 1-dən qüvv\əyə minəcək qərarına əsasən, vəsaitin toplanılması və təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Agentlik üçün xüsusi xəzinə hesabı açılır.
Maliyyə Nazirliyi hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq, dekabr ayı üçün isə həmin ayın 25-dək daxil olan vəsaitin dekabrın 26-da (dekabrın 26-sı qeyri-iş gününə düşdükdə növbəti iş günü) Agentliyin xüsusi xəzinə hesabına köçürülməsini təmin edir.
Vəsaitin Agentliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması;
işçilərə maddi yardım göstərilməsi.
Vəsaitin Agentliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
malların (işlərin və xidmətlərin) alınması;
qeyri-maliyyə aktivlərinin alınması;
maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində digər xərclər.
Agentliyin işçilərinin mükafatlandırılması qaydası da müəyyənləşib. İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.
İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə kömək göstərilməsi;
rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.
İşçi xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Agentliyin sədri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilər.
İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması və maddi yardım göstərilməsi Agentliyin sədr müavininin təqdimatı əsasında Agentliyin sədrinin əmri (qərarı) ilə rəsmiləşdirilir.
Vəsaitin istifadəsinə nəzarət öz səlahiyyətləri daxilində Agentlik və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
Deputata orden verildi - Sərəncam
Polkovnik-leytenant vəzifədən azad edildi - General Baba Salayevə yeni müavin təyin olundu
Rusiya Ukraynada 5 daha qəsəbəni ələ keçirib - SİYAHI
Azərbaycandan Ermənistana daha 48 vaqon neft yola salınıb
AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib