İƏT-ə sədrlik Azərbaycana keçdi, yeni sənədlər qəbul olundu - Ceyhun Bayramov Özbəkistanda bəyanat verdi (Yenilənib)
24-01-2023 [11:48]
Yanvarın 24-də tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, C.Bayramov bəyanatla çıxış edərək Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi çərçivəsində prioritet və planlarını açıqlayıb.
O, “Yaşıl keçid və qarşılıqlı bağlantılar” mövzusuna həsr olunan Azərbaycan sədrliyinin təşkilatın strategiya və proqramlarının, habelə “İƏT-2025” baxışlarının irəlilədilməsi üçün əhəmiyyət daşıyacağını vurğulayıb. Eyni zamanda ölkəmizin 2023-cü ildə sədrliyi dövründə iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb. Mərkəzi Asiya və Cənubi Qafqazdan keçməklə nəqliyyat marşrutlarının əhəmiyyət daşıdığı, bu xüsusda, Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın irəlilədilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformaların təsis edildiyi bildirilib. Azərbaycan-Türkiyə-Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilmiş görüş zamanı qəbul edilmiş Bakı Bəyannaməsi və bununla əlaqədar Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizin inkişaf etdirilməsi üzrə qərarlar qeyd edilib.
Nazir Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb. Zəngəzur dəhlizinin bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb. Qeyd edilənlərlə yanaşı, ölkənin enerji təhlükəsizliyin təmin edilməsi sahəsində apardığı işlər barədə ətraflı məlumat verilib, ötən ilin iyul ayında ölkəmizlə Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun yaşıl enerji resurslarının inkişafı, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Qara Dənizin altından keçməklə elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin bölgədə əməkdaşlığın daha genişlənməsinə töhfə verəcəyi bildirilib.
Sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyi, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırılıb.
C.Bayramov post-münaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edib, sözügedən ərazilərdə "Yaşıl enerji zonası", azad iqtisadi zonalar yaradılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra İƏT-in Baş katibi və digər üzv dövlətlərin xarici işlər nazirləri bəyanatlarla çıxış ediblər.
Nazirlər Şurasının iclası zamanı təşkilatın fəaliyyətinə dair bir sıra sənədlər qəbul edilib. Nazirlər Şurasının iclasının yekun sənədi kimi qəbul edilmiş Daşkənd Kommünikesində Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış Üçtərəfli bəyanatlara uyğun olaraq Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat və kommunikasiya əlaqəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, habelə ölkəmizin Türkiyə, Özbəkistan və Qazaxıstan ilə birgə həyata keçirdiyi üçtərəfli platformalar üzrə görülən işlər alqışlanıb.
Kommünike çərçivəsində həmçinin Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması və hörmət əsasında tənzimlənməsinə dəstək ifadə olunub. Bunun bölgədə mehriban qonşuluq əlaqələri yaradılmasına, davamlı sülh və iqtisadi tərəqqiyə töhfə verəcəyinə inam ifadə olunub.
C.Bayramovun səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
***
Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.
Mia.az xəbər verir ki, bu dəqiqələrdə Nazirlər Şurasının 26-cı iclası başlayıb.
İclasda yeni qərar qəbul olunub və təşçkilata sədrilik Azərbaycana ötürülüb.
Onu da qeyd edək ki, iclasda xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.
İlham Əliyev Xocalı rayonunun Şuşakənd kəndinə gedib - FOTOLAR
Prezident Qırmızı Bazar qəsəbəsində - FOTOLAR
Prezident İlham Əliyev Sos kəndində olub - FOTOLAR
İLHAM ƏLİYEV HADRUTDA: Prezident sakinin evinə baş çəkdi, məscidin açılış oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Füzulidə - FOTOLAR
Sabah yağış yağacaq
Türk Dünyası Sığorta Birliyi Şuşada: yeni sənəd imzalanıb (YENLƏNİB)
Şəmkirdə qəza: iki nəfər ölüb (Yenilənib)
Ceyhun Bayramov Qətərə gedib
Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: "Bu, mənə bir daha sübut etdi ki..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
20 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI
Zakir Həsənov: "Xəbər məni hədsiz kədərləndirdi"
Yeni dərs ilimiz mübarək! - Vahid Tağıyev yazır
Xocalıda daha bir ilk - Daşbulaq kəndinə 13 ailə köçürülüb
Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayılıb
Bakıda dələduzlar saxlanılıb
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Musa Qurbanlının toy məclisi: şənlik bitdi, söz-söhbət bitmədi - "Toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?"
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
Bakıda bu yol bağlanacaq
BDU dərs yükü azaldılıb
Kürşat Zorlu Naxçıvana gəlib