Kəlbəcərlə sərhəddə erməniərin hərbi hissəsində yanğın çıxdı: 15 ölü, 7 yaralı var

img

19-01-2023 [12:27]


Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd ərazidə bu gecə saat 02.00 radələrində Ermənistanın hərbi hissəsində güclü yanğın olub.

Mia.az Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Azərbaycan tarixi rayonu olan və 1988-dək azərbaycanlıların kompakt yaşadığı Basarkeçər rayonunun Azad kəndində Ermənistanın hərbi hissəsində səbəbi hələ ki  bəlli olmayan yanğın nəticəsində 15 hərbi qulluqçu ölüb.

Bu barədə faktı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib.

Bildirilib ki, 7 yaralı var, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Məlumata görə, baş verən yanğına görə hərbi hissənin tabe olduğu korpusun komandiri nik Vahram Qriqoryan vəzifəsindən azad edilib. 

Samir,

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA