Nazirlər Kabineti hərbçilərin narkoloji müayinədən keçməsi barədə qərar verdi - Yeni qayda təsdiqləndi
12-01-2023 [11:46]
Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi Qaydası təsdiq edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) (bundan sonra – şəxslər) icbari narkoloji müayinədən keçməsi qaydasını müəyyən edir.
Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq, xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri (bundan sonra – tibb müəssisələri) tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.
İcbari narkoloji müayinədən keçmə vaxtı şəxslərin xidmət keçdikləri hərbi hissənin, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların (bundan sonra – müvafiq orqanlar) rəhbərləri ilə tibb müəssisələrinin rəhbərləri arasında əvvəlcədən olan razılıq əsasında müəyyən edilir.
Şəxslərin tibb müəssisələrində icbari narkoloji müayinədən keçmələri müvafiq orqanların rəhbərləri tərəfindən təmin olunur.
İcbari narkoloji müayinə müddətli həqiqi hərbi xidmətə çağırışı həyata keçirən orqana və tibb müəssisələrinə dövlət büdcəsindən ayrılmış büdcə təxsisatları çərçivəsində aparılır.
Tibb müəssisəsi tərəfindən şəxsin icbari narkoloji müayinəsinin nəticəsinə dair sənəd tərtib edilir, tibb müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən təsdiqlənir və müvafiq orqana (orqanın aidiyyəti struktur bölməsinə) göndərilir, surəti isə tibb müəssisəsində saxlanılır.
İcbari narkoloji müayinənin nəticəsinə dair sənəddə şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehlak edilməsi faktının aşkarlanması və aparılan laborator tədqiqatların nəticələri əks olunur.
Tibb müəssisəsində icbari narkoloji müayinə zamanı əldə olunan nəticələrin qeydiyyatının aparılması təmin edilir.
Müvafiq orqanlar şəxsin icbari narkoloji müayinəsinin nəticələrindən irəli gələn, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edirlər.
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var