Əli Əsədov “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nı təsdiqləyib

img

11-01-2023 [12:48]


Baş nazir Əli Əsədov “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nı təsdiqləyib.

Mia.az xəbər verir ki, yeni qaydaya əsasən, dövlət ekoloji ekspertiza haqqı müəyyənlə.ib.

Belə ki, dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi dövlət sifarişi olduğu hallarda dövlət büdcəsi, digər hallarda isə sənədlərin sifarişçisinin vəsaiti hesabına həyata keçirilir.

Dövlət ekoloji ekspertizasının obyektlərinə münasibətdə bu Qaydada nəzərdə tutulan ekspertiza haqqı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən hesablanır və tətbiq edilir.

Dövlət ekoloji ekspertizasının obyektləri üzrə layihə sənədlərinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi üçün əsasdır


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA