MN: "Azərbaycan Ordusunda donvurma halı qeydə alınmayıb - VİDEO
11-01-2023 [12:07]
"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun bölmələrində, xüsusilə də çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrdə istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün nazirliyin müvafiq qurumlarının nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə görülən işlər plana uyğun davam etdirilir".
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayIb.
Bildirilib ki, bölmələrimizin döyüş mövqelərində gecə və gündüz döyüş növbətçiliyinin aparılmasını mümkün etmək məqsədilə qış dövrünə hazırlıq planına əsasən soyuq iqlim üçün xüsusi isti geyimlər paylanılıb, zəruri dərman preparatlarının və odun, kömür, o cümlədən maye yanacağının tədarükü görülüb: "Yeni istifadəyə verilmiş birləşmiş anbarlar vasitəsilə Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrin cari təminatı fasiləsiz həyata keçirilir. Müalicə və müayinə olunmaq məqsədilə təxliyəsi zəruri olan hərbi qulluqçuların, eləcə də yüklərin daşınması üçün xüsusi texnika və xizəklərdən istifadə edilir, dağlıq və soyuq bölgələrdə xidmət edən şəxsi heyətin qidalanmasında immuniteti gücləndirən ərzaqlara və digər qidalara üstünlük verilir.
Əlavə olaraq mövsümi xəstəliklər və donvurma halları ilə bağlı şəxsi heyətlə mütəmadi olaraq marifləndirici söhbətlər aparılır, lazımi profilaktik tədbirlər görülür. Qabaqlayıcı addımların nəticəsidir ki, ordumuzun bölmələrində donvurma halı qeydə alınmayıb.
Qış mövsümündə təxliyə yollarının işlək vəziyyətdə saxlanması məqsədilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təminat və digər yolların qardan təmizlənməsi növbəli şəkildə icra olunur, yeni yolların çəkilməsi prosesi davam etdirilir.
Təkcə Kəlbəcər və Laçın rayonları ərazisində cari ilin əvvəlindən bu günədək 804 km yolun qardan təmizlənməsilə hərbi, eləcə də mülki nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib.
Yüksək qar örtüyünün düşməsi ilə əlaqədar təhlükəli ərazilərə əlavə işarəverici çubuqlar basdırılıb, şəxsi heyət təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı təlimatlandırılıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun bütün hərbi hissələrinin, o cümlədən çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrimizin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, qarşıya qoyulan xidməti-döyüş tapşırıqları qış dövründə də yüksək peşakarlıqla icra olunur".
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var