Bakıda bir mənzildə aşkarlanan 4 meyit... - Şəxsiyyətləri və ölüm səbəbi aydınlaşdı (ADLAR/Yenilənib)
06-01-2023 [17:10]
Bakıda meyiti tapılan şəxslərin hamısının adları açıqlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.
İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
***
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Nərimanov rayonunda yerləşən mənzillərdən birində 4 nəfərin meyiti tapıldı.
Mia.az xəbər verir ki, həmin 4 şəxsdən üçünün kimliyi artıq müəyyən edilsə də, bir nəfərin kim olması hələ də məlum deyil. Hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparsalar da, meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Məlumata görə, dördüncü şəxsin hər hansı qohumu və ya yaxını aidiyyəti üzrə müraciət etmədiyi üçün onun kimliyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır.
Qonşuluqda yaşayan sakinlərin məlumatına görə, evdəki şəxslər bayram günü-dekabrın 31-də vəfat etdikləri üçün onların bədənində müəyyən qədər erroziya gedib. Bununla belə, onlardan üçünün 19 yaşlı Kamran Allahverdiyev, onun dostu Kənan Nəzərov və 1991-ci il təvəllüdlü Pərvin Səfərlinin kimliyi müəyyən olunub.
Xatırladaq ki, ölənlərdən Kamran Allahverdiyev Sumqayıt sakinidir. O və dostu Kənan Nəzərovun 5 gündür ki, itkin düşmüşdü. Pərvin Səfərli isə həmin evdə kirayədə qalırmış. Onun yaxınlıqdakı bazarda işlədiyi bildirilir. İlkin ehtimallara görə, onların ölümünə səbəb dəm qazından boğulmalarıdır. Lakin bu barədə dəqiq məlumat ekspertiza rəyindən sonra bəlli olacaq.
***
Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.
Mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur. Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.
İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.
Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mia.az
"İnter" Türkiyə millisinin üzvü iə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib