LAÇIN YOLUNDAKI AKSİYANIN 24-CÜ GÜNÜ: etirazlar fasiləsiz davam edir, BQXK naşınları... (Yenilənir)

img

04-01-2023 [18:47]


Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha dörd təminat maşınının rahat hərəkət etməsinə şərait yaradılıb.

Mia.az xəbər verir ki, həmin avtomobillər Laçından Xankəndi istiqamətinə keçib.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 20-yə çatıb.

***

Laçın yolunda etiraz aksiyası davam edir.

Mia.az xəbər verir ki, hazırda dünya ictimaiyyətinə ekologiyanı qorumağa çağıran ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Bereqite prirodu!", "Ekosidu net! Monitorinqu da!" və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.

Eyni zamanda aksiyaçılar üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, vətənpərvərlik ruhunda mahnılar da ifa edirlər.

***

Bu gün Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobili maneəsiz hərəkət edib.

Mia.az xəbər verir ki, həmin maşın Xankəndidən Laçın istiqamətinə keçib.

***

Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Mia.az xəbər verir ki, BQXK-yə məxsus üç maşın Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

***

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi dörd gündür davam edir.

Mia.az xəbər verir ki, ğt\ən gecə də aksiya fasiləsiz davam ediib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Etirazçılar hazırda “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA