LAÇIN YOLUNDAKI AKSİYANIN 22-Cİ GÜNÜ: etirazlar davam edir (Yenilənib)
02-01-2023 [19:52]
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.
Mia.az xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” və sair kimi şüarları səsləndirirlər.
***
Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.
Mia.az xəbər verir ki, həmin avtomobil Xankəndidən Laçına gedib.
Bununla da gün ərzində yolda sərbəst hərəkət edən sülhməramlılarına məxsus maşınların sayı 6-ya çatıb.
Xatırladaq ki, bundan əvvəl 5 maşın keçib.
***
Bu gün Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 minik avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.
Mia.az xəbər verir ki, hər iki maşın Xankəndidən Laçın istiqamətinə hərəkət edib.
***
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi iki gündür davam edir.
Mia.az xəbər verir ki, keçən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib.
Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Qəzzada aclıq: 3 nəfər də ölüb
Qurban Qurbanovun Elxan Məmmədovu toya dəvəti müzakirə yaradıb - Stulun biri 400 manat olub? + FOTO
Türk futbolçunun sevgilisi məşhur model imiş - FOTOLAR
Yəməndən İsrailə PUA hücumu: Ramon hava limanını bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə erməni təxribatı: erməni əsilli sakin polisə silahlı müqavimət göstərib, yaralanan var (ANBAAN VİDEO) - YENİLƏNİB
İlham Əliyev Xocavənd sakinləri ilə bir arada: "Heç kim bizim qabağımızda dura bilməz" (FOTOLAR)
Qarabağ Universitetinin Klinikası və tədris korpusunun açılışı oldu - Prezident tədbirdə + FOTOLLAR
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb
İlham Əliyev Xocalı rayonunun Şuşakənd kəndinə gedib - FOTOLAR
Prezident Qırmızı Bazar qəsəbəsində - FOTOLAR
Prezident İlham Əliyev Sos kəndində olub - FOTOLAR
İLHAM ƏLİYEV HADRUTDA: Prezident sakinin evinə baş çəkdi, məscidin açılış oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Füzulidə - FOTOLAR
Sabah yağış yağacaq
Türk Dünyası Sığorta Birliyi Şuşada: yeni sənəd imzalanıb (YENLƏNİB)
Şəmkirdə qəza: iki nəfər ölüb (Yenilənib)
Ceyhun Bayramov Qətərə gedib
Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: "Bu, mənə bir daha sübut etdi ki..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
20 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI
Zakir Həsənov: "Xəbər məni hədsiz kədərləndirdi"
Yeni dərs ilimiz mübarək! - Vahid Tağıyev yazır
Xocalıda daha bir ilk - Daşbulaq kəndinə 13 ailə köçürülüb
Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayılıb
Bakıda dələduzlar saxlanılıb
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Musa Qurbanlının toy məclisi: şənlik bitdi, söz-söhbət bitmədi - "Toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?"
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb