Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb

img

30-12-2022 [17:40]


Prezident İlham Əliyev “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”nin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Maliyyə Nazirliyinə sənəddə nəzərdə tutulan prioritet tədbirlərin icrası ilə bağlı zəruri işlər görmək, bu barədə hər ilin yekunu üzrə növbəti ilin fevral ayının 25-dən gec olmayaraq, dövlət başçısına təqdim etmək, ölkədə icra edilən və gələcəkdə planlaşdırılan layihələrin və dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə sənəddə nəzərdə tutulan prioritet tədbirlərin icrası, o cümlədən ümumi dövlət borcunun (cəmi xarici və daxili dövlət borcunun) ümumi daxili məhsula nisbəti üzrə hədəflənən göstəricisi gözlənilməklə, 2022–2025-ci illər ərzində, bazar şərtləri nəzərə alınmaqla, dövlət büdcəsində müəyyən ediləcək yuxarı hədlər daxilində dövlət borcalmalarının daxili və xarici mənbələr hesabına həyata keçirilməsini təmin etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA