İLHAM ƏLİYEVDƏN NAZİR MÜAVİNİNƏ TARİXİ ETİMAD İsrailə yeni səfir təyin edilib

img

29-12-2022 [23:56]


Azərbaycanın İsrailə ilk səfiri təyin edilib.

Mia.az "Haqqın.az"a istinadən xəbər verir ki, Muxtar Məmmədov Azərbaycanın İsraildəki səfiri təyin olunub.

Mia.az xəbər verir ki, Muxtar Məmmədov 1983-cü ildə Bakıda anadan olub.

O, Bakı Dövlət Universitetinin, Belçikanın Avropa Kollecinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

M.Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib.

2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. Belə ki, M.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, bu idarənin aparatına rəhbərlik edib.

Ötən ilin aprel ayından etibarən isə nazir müavini vəzifəsinə təyin olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA