Polis rəisi Daxili İşlər naziri təyin olunub - Sərəncam (FOTO/YENİLƏNİB)

img

28-12-2022 [20:19]


Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Mia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Süleyman Əsgər oğlu Neymətov bu vəzifəyə təyin olunub. 

Digər sərəncamla Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

***

Naxçıvan MR-də Daxili İşlər Nazirliyi də artıq ləğv olunub, yerinə baş idarə yaradılıb.

Mia.az xəbər verir ki, bu barədə Naxçıvandan olan jurnalist Heydər Oğuz məlumat paylaşıb.

O bildiirib  ki, yeni yaradılan idarəyə Suraxanı Polis İdarəsinin rəisi Süleyman Nemətov rəis təyin olunub: "Yeni rəis əslən Naxçıvanın Nehrəm kəndində anadan olub. Qərar rəsmən sabah (Bu gün) elan olunacaq".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA