Qarabağ zonasında keçmək istəyən daha 5 nəfər saxlanılıb

img

27-12-2022 [11:55]


İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyən 5 nəfər həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Xəyal Hüseynov, Elvin Hüseynov, Nicat Fədati, Coşqun Məmmədov və Şəmistan Hüseynov idarələrində olan avtomobillə rayonun işğaldan azad edilmiş ərazisinə daxil olmaq istəyərkən saxlanılıblar.

Yoxlamalar zamanı onların müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən Xəyal və Elvin Hüseynov qardaşlarının analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA