Putin prezidentlərə üzük bağışladı: "Xüsusi olaraq 9 üzük hazırlanıb”

img

27-12-2022 [09:22]


MDB-yə üzv dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən prezidentlərə Yeni il hədiyyəsi olaraq üzük verilib. 

RİA bildirir ki, bu barədə Belarus prezidentinin media komandası məlumat verib.

“Lukaşenkonun əlində üzük var” - deyə öz Telegram-kanalında yazıblar.

Daha sonra onlar kanalda yazıblar: “Üzüyün sirri açıldı! MDB dövlət başçılarının bu görüşü üçün Yeni il hədiyyəsi kimi xüsusi olaraq 9 üzük hazırlanıb”. 

MDB-nin simvolu həkk edilmiş hədiyyə üzük sammitdə iştirak edən bütün siyasi liderlərə təqdim edilib.

Qeyd edək ki, Peterburqda keçirilən sammitdə Putin, İlham Əliyev, Paşinyan, Lukaşenko, Tokayev, Emomali Rahmon, Sərdar Berdımuhammedov, Sadır Japarov və Şavkat Mirziyeyev iştirak edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA