Nazirlər Kabineti bu sahədəki xidmət haqqları barədə qərar verdi

img

26-12-2022 [10:14]


Nazirlər Kabineti “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsinə görə ödənilən xidmət haqqı"nı təsdiq edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, xidmət haqları ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarında mövcud olan tədqiqat infrastrukturlarının avadanlıqlarından istifadəyə görə 250-ə yaxın xidmət növünü əhatə edəcək.

Bildirilib ki, xidmət haqqının təsdiq edilən normaları sınaqların həcmi, onların aparılması üçün iqtisadi cəhətdən əsaslandırılmış əməyin qiymətləndirilməsi, sərfiyyat materialları, əsas vəsaitlərin amortizasiyası, rabitə, nəqiyyat, kommunal və ezamiyyət xərcləri nəzərə alınmaqla hesablanıb. Xidmət haqqının vahid qaydada formalaşdırılmasına dair normativ hüquqi sənədin qəbul edilməsi elmi-tədqiqat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatların, alim və tədqiqatçıların tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinə zəmin yaradacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA