Vəzifədən çıxarılan nazirlə İnam Kərimov barədə sensasiyalı iddia: "Onlar xanımları ilə birgə dövlət başçısının oturması üçün nəzərdə tutulan və..." - FOTO
23-12-2022 [00:13]
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu vəzifəyə təyin olunmasından heç iki il keçməmiş Anar Kərimovun işdən çıxarılması bir çox suallar yaradıb. Belə ki, adətən Azərbaycanda yüksək posta gətirilən məmurlara həmin sahədə özünü təsdiq etmək, lazımi işlər görmək üçün müəyyən zaman tanınır. A.Kərimovda isə belə olmadı və bu, açıq suallar yaratdı.
Məlum olduğu kimi, hələ bu qurumda Əbülfəs Qarayevin vəzifəsindən azad olunması ilə nəticələnən Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar A.Kərimovun vaxtında da davam etdi. Bu əməliyyatlar nəticədə onun birinci müavini Elnur Əliyevin bir neçə ay əvvəl işdən çıxarılması və digərlərinin həbsi ilə nazirlikdə baş verən oğurluq, yeyinti faktlarını obrazlı ifadə etsək, mədəniyyətsizliyi ortaya qoydu.
Bütün baş verənlər, həm də A.Kərimova bir siqnal idi. Lakin görünür, o, nə sələflərindən, nə də müasirlərindən dərs götürdü.
Bu arada, nazirin öz həddini aşması ilə bağlı daha bir fakt ortaya çıxıb.
“Qafqazinfo”ya daxil olan fotodan çox şey aydın olur. Belə ki, bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birinə qatılan A.Kərimov, həmkarı, kənd təsərrüfatı naziri İnam Kərimov və onların xanımları sarayda adətən dövlət başçısının oturması üçün nəzərdə tutulan və protokol hesab edilən sıraya əyləşiblər.
Deyilənə görə, nazirə həmin yerin Prezident sırası olduğu haqda xəbərdarlıq edilsə də, o, məhəl qoymayaraq kresloların üstündəki örtüyü açdırıb və israrla orada oturub.
Vurğulayaq ki, A.Kərimovun yerini bilməməyi təkcə özünə aid olmayan yerdə oturması ilə bağlı deyil. O, qısa zaman kəsiyində nazir işləməsinə baxmayaraq, hərəkətləri ilə sənət adamlarının narazılığına səbəb olmuşdu. Belə ki, onun, hətta əsas yoxlanmalı yerləri qoyub Azərbaycan Dövlət Kukla Teatrı kimi bir mədəniyyət ocağında yeyinti axtarması gülüşlə qarşılanmışdı.
Sadaladıqlarımız məhz A.Kərimovun nazir ömrünün belə qısa bitməsi ilə nəticələndi. Zənnimizcə, bu tale bir daha yüksək etimad göstərilən məmurlar üçün örnək olmalıdır.
"İnter" Türkiyə millisinin üzvü iə müqaviləni uzadır
İranda üç günlük milli matəm elan edib - Məsud Pezeşkianın iştirakıyla yürüş də keçiriləcək
Məsud Pezeşkiandan etirazlarla bağlı daha bir açıqlama: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib"
İsrail Livanın cənubuna 10-dan çox hava hücumu həyata keçirib - "Hizbullah"ın tunelləri vurulub
İstanbulda təyyarə uçuşları da ləğv edildi - Hava şəraiti ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisinin məşqçilər heyətində yeni təyinatlar oldu
İstanbulda məktəblər bağlanıb - Güclü qar gözlənilir
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib